AZ

Hicran Əyyubova kollecə direktor təyin olundu

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Hicran Əyyubova kollecin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, H.Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb.

O, 2006-2022-ci illərdə İsmayıl Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb.

İngilis, fransız, türk dillərini bilir.

Seçilən
43
35
Mənbələr
Şərh ()
Bağla