AZ

“Qarşıdakı illər Ermənistan üçün həlledicidir” –PAŞİNYAN

“Qarşıdakı illər dövlətimiz üçün həlledicidir. Əgər biz növbəti illərdə dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlaya bilsək, Ermənistanın yaxın onilliklərdə mövcudluğunu təmin edə bilərik”

Azpost.info bildirir ki, bu sözləri Baş nazir Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla sərhəd demarkasiyası prosesini şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın müstəqilliyinin inkişafı üçün çox mühüm təməl daşı qoyulur: “Mən hesab edirəm ki, bu, çox mühüm hadisədir. Bu, Ermənistanın müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin və gələcək inkişafının, dövlətin uzunmüddətli mövcudluğunun təməl daşıdır”.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla