AZ

"Milan"da Yoviç müəmması - biri istəyir, biri yox

"Milan"ın futbolçusu Luka Yoviç yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, 26 yaşlı serbiyalı hücumçunun agenti yaxın günlərdə "qırmızı-qaralar"la müqavilənin uzadılması ilə bağlı görüşəcək. Bu barədə Nikolo Skira məlumat yayıb.

"Milan" rəhbərliyi Yoviçin çıxışından məmnun deyil. Oyunçu komandada qalmaq istəsə də, klub bu fikirdə deyil. Danışıqlar növbəti həftə baş tutacaq.

Yoviç bu mövsüm 28 oyunda 9 qol vurub.
Seçilən
101
Mənbələr
Şərh ()
Bağla