AZ

Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak edəcək

Bakı. Trend:

Ortaq türk mədəniyyətinin qorunması və bərpası məsələləri çoxəhəmiyyətlidir.

Trend xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsiFondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası DialoqForumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdəmədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təminedilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. İndi isəQarabağın əvvəlki ruhunun dirçəldilməsi üçün bərpa və yenidənqurmaişlərini həyata keçirir. Bizim fondumuz bu proseslərə öz töhfəsiniverməyə çox maraqlıdır. Fondumuz Füzulinin Qoçəhmədli kəndininbərpasında iştirak etməyə hazırlaşır.

Türk Dövlətləri Azərbaycanın azad edilən ərazilərinin bərpasındaiştirak etməkdə maraqlıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Seçilən
70
4
Mənbələr
Şərh ()
Bağla