AZ

Ranqnik "Bavariya" ilə planlaşdırılan görüşü ləğv etdi

style='margin-bottom:10px;'>

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik bir gün əvvəl “Bavariya” rəhbərliyi ilə planlaşdırılan görüşü ləğv edib. 

QOL.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fillip Kessler məlumat verib.

Məlumatı mütəxəssisin özü təsdiqləyib. “Avstriya millisini bütün qəlbimlə dəstəkləyirəm. Mən bu çağırışdan zövq alıram və seçdiyimiz yolu uğurla davam etdirmək əzmindəyəm. Bu, “Bavariya”nın imtinası deyil, komandamın və ümumi məqsədlərimizin xeyrinə qərardır. Bütün diqqətimizi qarşıdan gələn Avropa çempionatına yönəltmişik. Biz turnir cədvəlində mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, 65 yaşlı Ranqnik 2022-ci ilin yayından Avstriya millisini çalışdırır.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla