AZ

Məşhur kino ulduzları eyni filmdə çəkiləcəklər

Məşhur

Hollivud ulduzları Tom Kruz və Skarlet Yohansson 70-ci illərin "Əlcək vasitəsilə" döyüş filminin remeykində rol alacaqlar.

Reyting.az
xəbər verir ki, lifehacker.ru nəşrinin yazdığına görə, Tom Kruz və Skarlet Yohansson “Silah” adlanan yeni filmin remeykində ilk dəfə birlikdə işləyəcəklər.

Bu filmin rejissoru əvvəl Tom Kruzla işləmiş və onun iştirak etdiyi "Cek Riçer" filmini ekranlaşdıran Kristofer MakQuarri olacaq.

Sözügedən layihə barədə öncə Hollivudun iki insayderinin xəbəri olub. Lakin hələlik ortaya çıxacaq film haqqında rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, aktyorlar birlikdə işləmək, eyni filmdə çəkilmək istəklərini dəfələrlə bəyan ediblər. Xatırladaq ki, Tom Kruz “Missiya: Qeyri-mümkün: Ölümcül Qisas” filminin təqdimat mərasimində bunun nə zamansa baş verəcəyinə əmin olduğunu bildirmişdi:

"Mən bir aktyor kimi həyatım boyu Skarlet Yohanssonun karyerasını maraqla izləmişəm. Bəli, o inanılmaz dərəcədə istedadlıdır və çox harizmatikdir. Onunla birlikdə işləmək əyləncəli olardı. O, istənilən hər şeyi edə bilər: komediyalarda, dramlarda, döyüş filmlərində rol alır. Fikrimcə, o həqiqətən ekranda diqqəti cəlb edən aktrisalardan biridir. Beləliklə, biz birlikdə işləyəcəyik və mütləq birgə çəkilişlərə qatılacağıq".

S. Yohanssonun T. Kruzla çəkiliş meydançasında çox əla tərəf-müqabil ola biləcəyini düşünən rejissor MakQuarri isə deyir ki, bundan çox arxayındır, çünki istədiyini tapa bilib. Rejissorun fikrincə, Yohansson dinamikdir, istedadlıdır, bu isə onun işini daha da maraqlı edəcək.

MakQuarrinin sözlərinə görə, bu filmdə aktyorlar daima fəaliyyətdə, hərəkətdədirlər və film boyu qarışıqlıq var, sərt hərəkətlər, təqiblərlə dolu səhnələr çoxdur, buna görə də onun tərəf-müqabili mütləq Tom Kruza uyğun aktrisa olmalıdır. Elə buna görə də filmin rejissoru məhz istedadlı bir aktrisa kimi Skarlet Yohanssonu uğurlu tapıntı hesab edir.

MkQuarri əvvəllər ekranlaşdırdığı, Kruzla işlədiyi, həm də baxımlı film olaraq yadda qalan "Qeyri-mümkün Missiya 8" filminin çəkilişlərindən sonra yenidən rejissorluq etməyi planlaşdırdığı, özünün dediyi kimi "Tərs oğlan Kruzla reytinqli film" ortalığa çıxaracağını söyləyib. Rejissor bildirib ki, bu həmçinin yetmişinci illərin sərt döyüş filminə bənzəyən bir layihə də ola bilər.

20 iyun 2023-cü ildə Tom Kruz açıqlama verərək bildirmişdi ki, Skarlet Yohansson da onunla eyni filmdə çəkilmək istəyinə cavab verib. Aktyor Yohansson ilə eyni filmdə çəkilməyə hazır olduğunu və bunu səbirsizliklə gözlədiyini təsdiqləyib.

Çəkildiyi yeni filmin Nyu-York şəhərində keçirilmiş təqdimatı mərasimində S. Yohansson media mənsublarına açıqlama verərək deyilənləri təsdiq edib və yeni layihə ilə bağlı xəbərə çox sevindiyini bildirib, çünki T. Kruz yeganə aktyordur ki, hələ də onun istəyinə baxmayaraq birlikdə işləyə bilməyiblər.

Məhşur aktyor Kruz Yohanssonun dediklərini cavabsız qoymayıb, onunla eyni layihədə oynamağa məmnuniyyətlə və tamamilə hazır olduğunu bəyan edib. “O, (Skarlet) əladır. Necə deyərlər, böyük aktrisa, kino ulduzu. Ömrüm boyu bir aktyor olaraq onun karyerasını izləmişəm. O, inanılmaz dərəcədə istedadlıdır, çox cazibədardır. Onunla çalışmaq əyləncəli olardı”, - deyən T. Kruz istedadlı aktrisanın tamaşaçını ekrana “həqiqətən cəlb etdiyini” xüsusi qeyd edib.

Onu da qeyd edək ki, daha əvvəl T. Kruz bildirib ki, ona istirahət lazımdır və bu səbəbdən aktyor 95-ci Akademiya mükafatlarının təqdim edilməsi mərasimində iştirak etməməyə qərar verib. T. Kruz deyib ki, o bunun əvəzində bir neçə gecəsini İqlo adlanan məkanda, Kanada eskimoslarının qış evi ərazisində keçirməyə üstünlük verib.

Xatırladaq ki, T. Kruz barədə daha çox yazılsa da, çoxları onun tərəf-müqabilinə çevriləcək Hollivud aktrisasının 2018-ci və 2019-cu illərdə adı böyük bir siyahıda yer alan Skarllet İnqrid Yohanssonun ən bahalı, həm də ən çox qonorar alan kino aktyorları sırasında olduğunu bilmir. Eyni zamanda "Forbes Celebrity 100" nəşrinin xüsusi səhifəsində S. Yohanssonun adı tanınmış, həm də fəal ictimai xadim kimi digər 100 məhşurun sırasında yer alıb.

Hollivudun kino ulduzunun adı 2021-ci ildə daha bir siyahıda qərar tutub. Amerika Birləşmiş Ştatlarının ən oxunaqlı nəşrlərindən biri sayılan "Time" jurnalı S. Yohanssonu dünyanın ən nüfuzlu yüz adamından biri elan edib.

Bu xəbər S. Yohansson üçün həm də növbəti bir qələbədir, halbuki dünyada məşhur olan, hər kəs tərəfindən tanınan neçə-neçə şöhrətli kino ulduzunun adı illərlə bu siyahıda yer almayıb.

Oqtay QORÇU
Reyting.az
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla