AZ

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

Türkiyənin qadınlar Futbolu 3-cü Liqasının 7-ci Qrupunun 10-cu həftəsində Aksarayda keçirilən “Tuz Gölüspor” – “Mezitli Mercanlar” oyununda dava düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, dünən saat 15.00-da “Dağılgan 2” nömrəli stadionda keçirilən qarşılaşma “Tuz Gölüspor”un 2-0 üstünlüyü ilə yekunlaşıb. 26 xalla liderliyi məşəllə qeyd edən “Tuz Gölüspor”un futbolçuları ilə “Mezitli Mercanlar”ın futbolçuları arasında oyunun sonunda dava düşüb.

Çevik polis qüvvələri meydana daxil olaraq futbolçuları ayırıb. Daha sonra futbolçular paltardəyişmə otağına göndərilib. Dava nəticəsində “Tuz Gölüspor”dan 6, “Mezitli Mercanlar”ın 1 oyunçusu zədələnib. Hər iki komandanın zədəli futbolçuları xəstəxanaya gedərək bir-birlərindən şikayət ediblər.

Digər tərəfdən, “Tuz Gölüspor” 26 xalla qrup lideridir. “Mezitli Mercanlar” 23 xalla qrupu 2-ci sırada tamamlayıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla