AZ

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Bu il Tacikistanın Düşənbə şəhərindən Bakıya aviareys açılacaq.

Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tacikistanın "Doegard Adventures Tacikistan" şirkətinin direktoru Nurova Gulrüxsar deyib.

"Artıq Bakı-Düşənbə arasında uçuşlar test rejimində baş tutub. Cari ildə uçuşlar mütəmadi olacaq. Bu xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək. Bundan əlavə iki ölkə arasında olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək", - deyə əlavə edib.

© APA

Seçilən
78
5
Mənbələr
Şərh ()
Bağla