AZ

Konte sabiq klubuna təklif olundu

Antonio Konte yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Futbolpress.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis "Çelsi"yə təklif olunub.

Mənbənin məlumatına görə, mövsümün sonunda "Çelsi"də baş məşqçi dəyişikliyi gözlənilir. Belə ki, klub rəhbərliyi hazırkı baş məşqçi Maurisio Poçettinonun işindən razı deyil. Ona görə də yeni baş məşqçi axtarışındadır.

Konte 2016-2018-ci illər aralığında "Çelsi"də çalışıb və bir dəfə İngiltərə çempionu olub.



Seçilən
74
Mənbələr
Şərh ()
Bağla