AZ

Məhkəmə piyadanı avtomobillə vurmaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda xəsarətlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclaaının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Fərid Abdullayev avtomobillə hərəkətdə olarkən yolu keçən 1976-cı il təvəllüdlü Namazova Aynurə İbrahim qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla