AZ

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub.

Qaynarinfo xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb.

"Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümün işığıdır. Elə mənim tələbələrimin hamısı yuxarıdan tapşırılır ki, onu götür sinfinə. Deyirlər ki, bir uşaq var, o sənin sinfini istəyir. Bu, təbii haldır. Sinifdə yer olanda köməklik edirəm. Amma məndə bir şey var ki, başının altına yasdıq qoymaq yoxdur. Ya var səsi, ya da yox. Üzlərinə deyirəm ki, mənlik deyil. Tələbədən təmənnam yoxdur deyə, sırf onun istedadına görə maraqlıyam. Bəzən göndərirlər ki, ona mahnılar öyrət. Mən toyxanaya uşaq hazırlaşdırmıram. Onu hazırlaşdıranlar var. Səs olsun ki, onu yetişdirəsən". 

T.Bayramov müsabiqələrdə tapşırılma hallarına da münasibət bildirib:

"Müsabiqələrdə kim olur olsun, kim tapşırır-tapşırsın birinin yerini digərinə verməyim mükün deyil. Təklif edənlər olub. Qıraqdan baxan biləcək ki, mənim qərarım səhvdir. Mənim şəxsiyyətim önəmlidir. Ondan danışacaqlar ki, düzlükdən, əqidədən danışırdı, bu da belə".    

Seçilən
44
6
Mənbələr
Şərh ()
Bağla