AZ

İtaliyalı parlamentari: Regional sülhün əldə edilməsi səylərində Azərbaycanın yanındayıq

İtaliya və Azərbaycan parlamentləri əməkdaşlığın yenilənməsinə dair protokol hazırlayırlar.

APA xəbər verir ki, bunu VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule jurnalistlərə açıqlamasında deyib.

O, İtaliya parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə iki ölkənin qanunverici orqanları arasında münasibətlərin yeniləndiyini qeyd edib.

Mule əlavə edib ki, bu gün səhər Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşdə əməkdaşlığın yenilənməsi istiqamətində müzakirə aparılıb.

Ciorcio Mule İtaliyanın regional sülhün əldə edilməsi səylərində Azərbaycanın yanında olduğunu vurğulayıb.

Lamiyə Şirinova

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla