AZ

Azərbaycanda pandemiyadan sonra turizmin bərpası prosesi bu il başa çata bilər - Agentlik

Bakı. Trend:

2024-cü ildə Azərbaycanda turizm sahəsində 2019-cu ilingöstəricilərinə çatacağımıza və turizmin bərpa prosesinin başaçatacağına ümid edirik.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri KənanQasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının1-ci forumunun kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, bütün hallarda əsas məqsəd turistlərinsayının artmasıdır.

"Bu səbəbdən müxtəlif layihələri reallaşdırmalıyıq. Azərbaycandaturizmlə əlaqəli ən böyük çətinliklərdən biri olan mövsümiliyinaradan qaldırılması və yeni turizm məhsullarının yaradılması üzrəciddi işlər görülür. Ölkəmiz tibbi turizm üzrə böyük potensialamalikdir.

Eyni zamanda, Azərbaycanda hadisə turizminin inkişafı iləəlaqədar layihələr reallaşdırılır. Bunlarla bərabər turizməinvestisiyaların təşviq edilməsi və ölkəyə gətirilən turistlərəmünasibətdə subsidiya mexanizmlərinin işlənib hazırlanması, ölkəyədigər şəhərlərdən uçuşların artırılması və xidmətin əlçatanlığınıntəmin edilməsi istiqamətində ciddi addımlar atılır", - deyə o əlavəedib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki vəmədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regionaltəşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan,Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanında daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla