AZ

71 yaşlı qadının öldüyü yol qəzası ilə bağlı istintaq başa çatıb

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Dursunəli İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, 8 Noyabr prospektində qeyd alınıb. Belə ki, Dursunəli İsmayılov idarə etdiyi KIA markalı avtomobillə yolu keçən piyada 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü haqqında Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla