AZ

Göygöldə növbəti ağacəkmə aksiyası

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, ”Hərəyə bir ağac əkək, yaşıllığı qoruyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri və Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları iştirak ediblər. Göygöl şəhər ərazisində keçirilən ağacəkmə aksiyası çərçivəsində 115 ədəd eldar şamı cinsindən olan tinglər əkilmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən Göygöl şəhərində Aprel ayı üçün keçirilən səyyar qəbullar. Göygöl şəhəri Əziz Əliyev, Azər Eldarzadə və Niyazi küçələrinin sakinləri, Məmməd Əmin Rəsulzadə, Aydın Hacıyev və Səbuhi Hacıyev küçələrinin sakinləri, Ağdağ qəsəbə sakinləri, R.Nəsibov məhəlləsi, Nəsimi küçəsi, N.Rəfibəyli küçələrinin sakinləri ilə görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Qəbul zamanı bir qrup sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən şəhid Ceyhun Niftəliyev küçəsinin aşağı hissəsinin təmir olunması, fərdi evə qaz xəttinin çəkilməsi, sahibsiz küçə itləri ilə bağlı qanunamüvafiq tədbir görülməsi, Hüseyn Arif küçəsinin gecə işıqlandırılması, yaşadıqları ərazidə məktəb binasının tikilməsi, vətəndaşın həyətyanı torpaq sahəsinə təsərrüfat suyunun verilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahə ilə təmin edilmə və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib. Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə və müəssisə rəhbərləri, icra hakimiyyətinin məsul işçiləri və gənclər iştirak ediblər. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aslan Kərimli, Göygöl GKİM Göygöl nümayəndəliyinin direktoru Raul Abbaszadə, Göygöl Rayon Gənclər Evi SXM-nın psixoloqu Bəsti Rəhimova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən , Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmasından geniş və ətraflı məlumat veriblər. Tədbirdə çıxış edən digər natiqlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır. Sonda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş videoçarx təqdim olunub.

Sabina

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla