AZ

Əsir düşən ukraynalı hərbçilər güllələnib – Beynəlxalq təşkilat hesabat yaydı

Keçən il dekabrın əvvəlindən bəri Rusiya hərbçiləri təslim olmağa cəhd edən azı 15 Ukrayna hərbçini və artıq təslim olmuş ən azı altı ukraynalı əsgəri öldürüb.

“AzPolitika” xəbər verir ki, bunu “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı açıqlayıb. Təşkilatın mayın 2-də yaydığı hesabatda hadisə hərbi cinayət adlandırılıb və günahkarların məsuliyyətə cəlb edilməli olduğu bildirilib.

Əvvəllər teleqram kanalları və Ukrayna mediası təslim olan əsgərlərin öldürüldüyü iddia edilən videoları dərc etsə də, onlar təsdiqlənməyib. “Human Rights Watch” son aylarda həqiqətən də bir neçə belə halın baş verdiyini qeyd edib.

Hesabata görə, “Human Rights Watch” 2023-cü ilin 2 və 27 dekabrında və 25 fevral 2024-cü il tarixlərində sosial mediada yerləşdirilmiş dron görüntülərini təhlil edərək, azı 12 Ukrayna əsgərini məhkəməsiz öldürülməsi epizodunu araşdırıb. Üç videodan ikisində çəkilən hadisələrin yeri geolokasiya edilib. Söhbət Zaporojye və Donetsk vilayətlərindən gedir.

Xəbərdə qeyd edildiyi kimi, videoda rus komandirinin əsirlərin götürülməməsi - yəni təslim olanların öldürülməsi əmri ilə bağlı sözləri əks olunub.

Təslim olan 3 ukraynalı əsgərin öldürülməsini əks etdirən başqa bir videonun da həqiqiliyi təsdiqlənib. Təşkilat həmçinin artıq təslim olmuş və öldürülən altı əsgərin videolarını da araşdırıb.

Mart ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi saytında dərc edilmiş hesabatda deyilirdi ki, dekabr ayından bəri ən azı 32 əsir və ya təslim olmuş ukraynalının öldürülməsi barədə xəbərlər var, lakin bunların hamısı təsdiqlənməyib.

Rusiya Müdafiə Nazirliyi hələlik nəşrə münasibət bildirməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla