AZ

"Ən xeyirli meyvə"lar

Dünyanın ən sağlam qidaları haqqında davamlı iddialar və fikirlər çaşqınlıq yarada bilər. Bununla belə, elm adamları bəzi qida növlərinin, xüsusən də insan sağlamlığı üçün lazım olan əsas dəyərləri daşıdığını aşkar ediblər. 

News24.az ən sağlam, xeyirli qidaları təqdim edir:

ALMA

Alma tərkibində lif, C vitamini və bir çox antioksidan var. Yeməklər arasında ac olduğunuz zaman çox doyurucu və mükəmməl seçimdir.

AVOKADO

Avokado bir çox digər meyvələrdən fərqlidir, çünki tərkibində çoxlu sağlam yağlar var. Yalnız qaymaqlı və dadlı deyil, həm də lif, kalium və C vitamini ilə zəngindir.

BANAN

Banan yaxşı bir kalium mənbəyidir. Həmçinin B6 vitamini və liflə zəngindir.

QARAGİLƏ

Qaragilə həm dadlıdır, həm də antioksidanlarla zəngindir.

PORTAĞAL

Portağal tərkibindəki C vitamini ilə tanınır. Bundan əlavə, lif və antioksidanlarla çox zəngindir.

ÇİLƏYƏK

Çiyələkdə həm karbohidratlar, həm də kaloriləri azdır. C vitamini, lif və manqanı təmin edir.

Günel Məlikzadə


Seçilən
92
Mənbələr
Şərh ()
Bağla