AZ

Ən yaxşı nəticə 18-ci yerdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Şahmatçılarımızdan ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdi. Kişilərdən ibarət yığmanın lideri bir pillə geriləyib, 18-ci yerdədi. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.
İddiaçılar turnirinin iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların reytinqinə Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.

Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdu (2633, Çin).

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla