AZ

Daşnak tələbələr İrəvanda etiraza qalxdılar

Ermənistanın terror təşkilatı olan "Daşnaksüyun"un “Nikol Aqbalyan” adlı Tələbə Birliyi İrəvanda etiraz aksiyası keçirir. News365.az xəbər verir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb. Qeyd edilir ki, radikal gənclər etiraz aksiyaların Tavuşa dəstək yürüşü adı veriblər. 

Yürüş təşkilatçılarının sözlərinə görə, aksiya dinc xarakter daşıyır.

"Məqsədi Ermənistan sərhədində baş verənlər barədə əhalini məlumatlandırmaqdır", - nəşr yazıb.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan sərhədinin indiki delimitasiyası və demarkasiyası prosesinə qarşı çıxdıqlarını bəyan ediblər.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Seçilən
72
10
Mənbələr
Şərh ()
Bağla