AZ

Bion Orgestat: Şuşada və Füzulidə olan dəyişikliklər çox müsbət təəssürat bağışlayır

Bion

Şuşa, 2 may, Səlim Rəhimzadə, AZƏRTAC

Biz bu gün əvvəlcə Füzuliyə səfər etdik, indi isə Şuşadayıq. Keçənilki səfərimizi xatırladıqda bir il ərzində hər iki şəhərdə çox dəyişikliklər, böyük quruculuq işləri aparılıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”un üzvü olan Bion Orgestat deyib.

O bildirib ki, bu dəyişikliklər çox müsbət təəssürat bağışlayır. Dağıdılmış, məhv edilmiş yerlər insanda yaxşı təəssürat yaratmasa da, yenidənqurma işlərinin aparılması insanları çox sevindirir.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla