AZ

Qar uçqunu altında qalan mikroavtobus 4 aydan sonra göründü

Van-Bahçesaray şosesi qar uçqununa görə təxminən 4 aydır bağlanıb. Qruplar yolu təmizləyərkən uçqun altında qalan mikroavtobus aşkar ediblər.

Publika.az xəbər verir ki, 22 dekabr 2023-cü ildə baş verən uçqun zamanı mikroavtobus qarda batıb.

Havalar isindikcə, yolun açılması işləri başlayanda həmin mikroavtobus görünüb. Yol işləri yekunlaşdıqdan sonra mikroavtobus çıxarılaraq sahibinə təhvil veriləcək.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla