AZ

"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzalayır

style='margin-bottom:10px;'>

"Real" ukraynalı qapıçısı Andrey Lunin Madrid klubu ilə yeni müqavilə imzalayacaq.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. Bildirilib ki, tərəflər 2028-ci ilin iyununa qədər müqavilə bağlamağa yaxındırlar. Zədəli Tibo Kurtuanın yoxluğunda 25 yaşlı qolkiperin maaşı komandanın əsas qapıçısı statusuna uyğun artırılacaq.

Bu mövsüm Lunin "Real"ın heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 27 qol buraxıb. 29 oyundan 12-də ukraynalı futbolçu qapısını toxunulmaz saxlayıb.

Luninin "Real"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla