AZ

Ombudsman Səbinə Əliyeva TİHEK-in sədri Muharrem Kılıçla görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Türkiyənin İnsan Hüquqları və BərabərlikQurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətiilə görüş keçirib.

Trend xəbər verir ki, görüş zamanı Müvəkkil iki qardaş ölkəarasında müxtəlif sahələrdə, o cümlədən insan hüquq vəazadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinindavamlı olaraq inkişaf etdirildiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva TİHEK və Azərbaycanın Ombudsman təsisatı arasındasıx əməkdaşlıq əlaqələrinin məmnunluq doğurduğunu bildirib,qurumlar arasında həyata keçirilən tədbirlərin müvafiq sahədəəməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Görüşdə nümayəndə heyətinin səfərinin yekunları barədə müzakirəaparılıb, bu cür səfərlərin insan hüquq və azadlıqlarının səmərəlitəmini istiqamətində əldə edilmiş təcrübələrin mübadiləsibaxımından əhəmiyyəti vurğulanıb.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətindən danışanOmbudsman Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinəçatdırılmasında qardaş ölkə tərəfindən göstərilən dəstəyin yüksəkqiymətləndirildiyini qeyd edib.

TİHEK-in sədri Muharrem Kılıç öz növbəsində qonaqpərvərliyə görətəşəkkürünü bildirib, qurumlar arasında mövcud əməkdaşlıqəlaqələrinin gücləndirilməsinin və inkişafının önəminivurğulayıb.

Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlığın perspektivlərimüzakirə olunub, Azərbaycanın Ombudsman təsisatı tərəfindənhazırlanmış hesabatlar qonağa təqdim edilib.

Qeyd edək ki, TİHEK-in sədri Muharrem Kılıçın rəhbərlik etdiyinümayəndə heyəti Ombudsman Səbinə Əliyevanın dəvəti əsasındaAzərbaycanda səfər edib. Səfər müddətində Müvəkkilin MilliPreventiv Qrupunun üzvləri ilə birgə şəxslərin öz iradəsi ilə tərkedə bilmədiyi bir sıra digər müəssisələrə səfərlər, eləcə də bəzirəsmilərlə görüşlər həyata keçirilib.

Ombudsman
Ombudsman
Ombudsman
Seçilən
78
3
Mənbələr
Şərh ()
Bağla