AZ

Azərbaycan mədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edir - Sevil Mikayılova

Bakı. Trend:

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada baş verənyeni münaqişələr, yeni toqquşmalardan narahatlığı ifadə edərək,çağdaş çağırışları növbəti dəfə diqqət mərkəzinə gətirir. “Sülh vəqlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən tədbirdə110 ölkənin nümayəndəsinin iştirak etməsi, sözsüz ki, forumunbeynəlxalq nüfuzundan xəbər verir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqutəşviq etməklə ziyalıları, siyasətçiləri, media nümayəndələrini,vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirir.

“Əsrlər boyu mədəniyyətlərin qovuşduğu Azərbaycan cəmiyyətitolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi yüksəkmənəvi dəyərləri qoruyub saxlaya bilib. Bu gün Azərbaycancəmiyyətində hər kəs dinindən, etnik mənşəyindən asılı olmayaraq,bərabər hüquqlara malikdir. Multikulturalizm Azərbaycanvətəndaşları üçün həyat tərzidir. Azərbaycan xalqı bunu gündəlikhəyatında nümayiş etdirir”, - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova onu da qeyd edib ki, bu gün Azərbaycanmədəniyyətlərarası dialoqu ən geniş şəkildə təşviq edən ölkələrdənbiri, hətta birincisidir. Forumda çıxışı zamanı Prezident İlhamƏliyevin də vurğuladığı kimi, Azərbaycan qəti şəkildəçoxtərəfliliyə sadiqdir.

"Təəssüf ki, dünyada çox ağrılı-acılı müstəmləkə tarixçəsi olanölkələr var. Eyni zamanda, yeni müstəmləkəçilik tendensiyalarıyayılmaqdadır və beynəlxalq təşkilatlar, böyük güclər butendensiyalara biganə yanaşırlar, hətta bəzən bunun tərəfdarırolunda da çıxış edirlər. XXI əsrdə bəzi Avropa ölkələrinin digərxalqlara müstəmləkə kimi yanaşmasına imkan vermək olmaz. Dünyaməcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinəgöz yummamalıdır”, - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Azərbaycan hazırkı dünyadasivilizasiyalararası körpü rolunu oynayır.

"Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkəseçildi. Azərbaycan bu böyük tədbirə ev sahibliyi etməklə regiondavə dünyada qarşılıqlı etimadı gücləndirməyə, problemləri danışıqlaryolu ilə həll etməyə çalışır.

Əlbəttə ki, 30 il torpaqları işğal altında qalan bir ölkəninsülh, mədəni dialoq təşəbbüsləri ilə çıxış etməsi digər ölkələrüçün örnək olmalıdır. Məhz Azərbaycan Ermənistana sülh sazişi iləbağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. Azərbaycan bazaprinsiplərini, hətta sülh sazişinin layihəsini özü hazırladı. İndiiki ölkə arasında danışıqlar gedir və bu danışıqlar Azərbaycanıntəklifləri əsasında aparılır", - deyə deputat qeyd edib.

"Bütün bu proseslər ölkəmizin sülhpərvər rəhmini göstərməkləyanaşı, dünyanın təhlükəsiz düzəninə töhfə vermək iradəsini dənümaiş etdirir", - deyə S.Mikayılova bilidirib.

Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla