AZ

VAZ avtomobilləri 12 illik satış rekordunu yeniləyib

AvtoVAZ 12 ildir davam edən satış rekordunu yeniləyib.

KONKRET.az xəbər verir ki, Rusiya avtomobil zavodu aprel ayında planlaşdırılandan daha çox avtomobil satmağı bacarıb.

Belə ki, aprel ayında 45 551 ədəd yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 64,8 faiz çoxdur. Bu, 45 min avtomobilin satışını nəzərdə tutan ay üçün müəyyən edilmiş plandan yüksəkdir. Ümumilikdə, 2024-cü ilin dörd ayında AvtoVAZ 137 114 avtomobil satıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49,2 faiz çoxdur.

AvtoVAZ-ın rəsmi statistikasına görə, Lada Granta ruslar arasında ən popular model olaraq qalır – bu model bütün tarixində satışların zirvəsinə çatıb. Ötən ay dilerlər bu modeldən 21 429 ədəd satıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 7,7 faiz çoxdur. Yanvar-aprel aylarında isə Granta 64 196 ədəd satılıb (keçən ilin eyni dövrünün nəticəsinə uyğundur).

Aprel ayında satış həcminə görə ikinci yerdə 13 450 ədəd nəticə ilə Lada Vesta qərarlaşıb – beləliklə, model satış maksimumunu yeniləyib. İlin əvvəlindən ruslar 36 759 belə avtomobil alıblar.

Niva avtomobillərinin satışında da müsbət dinamika müşahidə olunub. Lada Niva Legend aprel ayında 4819 müştəri tərəfindən seçilib ki, bu da 2024-cü ilin ən yüksək satış göstəricisidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla