AZ

“Sağlam və rasional qidalanma” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş 10.12.4; 10.12.5 bəndlərinin icrasının təmin edilməsi, məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİHB-nin məsul əməkdaşı Afət Mustafayeva, Mərkəzi Xəstəxananın həkimləri, GEM-nin direktoru İltifat Lütfizadə, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, təhsil işçiləri, müalicə mərkəzlərinin nümayəndələri, gənclər iştirak ediblər.

Çıxış edənlər sağlam qidalanmanın əhəmiyyəti, qeyri-düzgün qida rasionunun fəsadları barədə ətraflı məlumat veriblər. Əhali arasında qida məhsullarının konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Xüsusi həssas əhali qruplarının uşaqların, hamilə qadınların düzgün qidalanmalarının əhəmiyyəti və vacibliyi barədə ətraflı məlumat verilib.

Video materiallar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Seçilən
182
Mənbələr
Şərh ()
Bağla