AZ

İsrail Knessetinin keçmiş deputatı: Azərbaycanla əlaqələr daha da inkişaf edəcək

Son dövrlər İsrail-Azərbaycan münasibətləri tarixinin ən yüksək səviyyəsinə çatıb.

Bunu APA-ya açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İsrail Knessetinin keçmiş deputatı Elina Bordaç-Yalov deyib.

Onun sözlərinə görə, Təl-Əvivdə Azərbaycanın səfirliyinin fəaliyyətə başlaması bunun əyani nümunəsidir.

Sabiq deputat İsrail tərəfinin bunu çox yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, Azərbaycan-İsrail münasibətlərinin digər müsəlman dövlətləri üçün bir örnək ola biləcəyini vurğulayıb.

Elina Bordaç-Yalov Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyinə diqqət çəkib və əlavə edib ki, o, hələ deputat olduğu dövr ərzində Azərbaycanın bu istiqamətdəki səylərini daima dəstəkləyib.

Elina Bordaç-Yalov qeyd edib ki, Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Belə ki, hərbi sənaye, kənd təsərrüfatı, su ehtiyatlarından və mövcud enerji potensialından səmərəli istifadə, səhiyyə, tələbə mübadiləsi sahələrində əməkdaşlığı qeyd etmək olar: “Digər tərəfdən, Azərbaycan İsrailin yüksək texnologiyalar sahəsində mövcud təcrübəsi ilə yaxından maraqlanır. Xüsusilə də dağlıq bölgələrin mədəniyyəti ilə əlaqədar proseslər qarşılıqlı maraq doğuran məsələlərdən biridir. Buna görə də hesab edirəm ki, bütün sahələrdəki mövcud əlaqələr getdikcə daha da inkişaf edəcək”.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla