AZ

Türkiyəli idmançı: "Yarış maraqlı və həyacanlı keçir"

"Prezident Kuboku 2024” beynəlxalq reqatasında 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanan türkiyəli idmançı Naci Oğuzhan Baydemir yarışdan sonra jurnalistlərə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, turnirin maraqlı keçdiyini bildirib:

“İlk dəfədir “Prezident Kuboku” reqatasında iştirak edirəm. Hava şəraiti çətinlik yaratsa da, yarış maraqlı və həyacanlı keçir. Rəqib məndən daha tez başladığı üçün az fərqlə qızıl medalı əldən verdim. Mənim ikinci olduğum yarışda azərbaycanlı qardaşımız Amil Ramazanovu bürünc medal qazanması münasibətilə təbrik edirəm. Təbii ki, hədəfim 1000 m mübarizədə birinci olmaqdır".

Turnir mayın 3-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla