Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında yeniliklərə münasibət bildirib. O qeyd edib ki, əvvəllər valideynlər məktəb seçimində çaşqınlıq yaşayırdılar:
“Əvvələr valideynlər yaşadıqları yerə yaxın hansı məktəblərin olması, seçim imkanı barədə tərəddüd edirdilər. Yeni sistemdə təkmilləşmə aparıldıqdan sonra prioritet istiqamətlər müəyyənləşib. Valideyn öncədən siyahı ilə tanış olur. Ona yaşadığı ərazidə mövcud olan məktəblər arasından seçim imkanı verilir. Paralel olaraq bəzi gimnaziyalara sənəd verən valideynlər həm də məktəb seçimində iştirak edə biləcəklər. Bu yeniliklərin tətbiqi qəbul prosesini daha da asanlaşdırır. Bildiyiniz kimi, məktəbə hazırlıq qruplarından da 80 min nəfərdən çox şagirdin birbaşa qəbulu həyatı keçirilib. Eyni zamanda yer seçimi etmək istəyənlər də müvafiq olaraq seçimlərdə iştirak edəcəklər. Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.