AZ

Dinlər arasında qarşılıqlı anlaşma mühüm əhəmiyyət kəsb edir - Cek Noel Gerard

Bakı. Trend:

İnsanlar din müxtəlifliyinə hörmət etməli, qarşı tərəfin diniinancına hörmətlə yanaşmalıdır. Dinlər arasında qarşılıqlı anlaşmamühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu İsa Masihin Son Günlər MüqəddəsləriKilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek NoelGerard Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu çərçivəsində “Müxtəlifliyin qorunması: Multikultural dünyadaproblemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panelmüzakirəsi zaman deyib.

O, qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiriyinidiqqətə çatdırıb.

“Dünyanın bütün inanclarında özünü göstərən dəyərlərə hörmətedirik. Özünə qarşı istədiyin münasibəti başqasına dagöstərməlisən. Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlıanlamaşa və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanınqarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıqçərçivəsində həqiqətən dəstəyə ehtiyacı olan şəxslərə ləyaqətlişəkildə köməklik göstərə bilərik”. – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası DialoqForumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq vəQarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlifölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərləyanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində onpanel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdətutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləntədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO vəBMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı iləkeçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Seçilən
26
2
Mənbələr
Şərh ()
Bağla