AZ

163 abidə mina və sursat partlayışı riski olan ərazilərdədirNAZİR MÜAVİNİ

İqlim dəyişikliyi ilə bərabər, müharibələr də xeyli sayda mədəni və təbii irsin dağıdılması ilə nəticələnir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O xatırladıb ki, torpaqlarımızın 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı mədəni və təbii irsimizin dağıdılmasına gətirib çıxarıb, bizim milli irsimiz mədəni soyqırımına məruz qoyub:

"Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 163 abidə təhlükəsizlik səbəbindən inventarlaşdırılma aparılmayan abidələr olub. Bu abidələr əsasən mina və sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrin bərpası və konservasiyası Böyük Qayıdış prosesinin tərkib hissəsidir. Mədəni irsin qorunması və gələcək nəsillərə tam şəkildə çatdırılması qarşımızda duran əsas vəzifələrdəndir", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla