AZ

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Tatarməhlə kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. ⠀

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İlk öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

İcra başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar ünvanlı sosial yardımın təyin olunması, elektrik xətlərinin yenilənməsi, yerli poçt filialının kənd ərazisində olmaması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.





Seçilən
22
Mənbələr
Şərh ()
Bağla