AZ

Ramiz Məmmədov: “Heç kimin oyununa diqqət yetirmirik”

1-ci liqada çempionluq yolunda əsas komandalardan sayılan “İmişli”nin büdrəməsi “Şamaxı”ya “ikinciliy”ə yüksəlmək üçün zəmin yaratdı.

Şamaxı təmsilçisini bu yolda çətin “Zaqatala” səfəri gözləyir. Komandanın hazırki durumu və “İmişli”nin gözlənilməz məğlubiyyətindən necə yararlanacaqları barədə məlumat öyrənməyə çalışdıq. Bunun üçün “şirlər”in baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

"Zaqatala" ilə oyuna hazırlığımız həmişəki kimi "Difai Ağsu" oyunundan sonra başlanıb. Tam heyətlə hamımız oyuna hazırıq. Sizi inandırım ki, biz heç kimin oyununa diqqət yetirmirik. Sadəcə turnir cədvəlində hardayıq və hara qalxa bilərik onlara baxırıq. Bizi maraqlandıran yalnız öz oyunlarımızdı. Zaqatalaya qələbə üçün gəlmişik. Həmin 3 xalı alıb, çempionluq yolunda yolumuza davam edəcəyik”.


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla