AZ

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına 55 şagird vəsiqə qazanıb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına 55 şagird vəsiqə qazanıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 55 şagird Kenquru Beynəlxalq  Riyaziyyat Müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ əldə edib.

Bu barədə Azmedia.az-a İdarədən məlumat verilib.

Belə ki, müsabiqənin final mərhələsinə Neftçala rayonu üzrə 17, Şirvan şəhəri üzrə 12, Salyan rayonu üzrə 9, Biləsuvar rayonu üzrə 9 və Hacıqabul rayonu üzrə isə 8 şagird vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla