AZ

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib.

İnterpress.az “TRT haber”ə istinadən xəbər verir ki, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) üzvləri, yanğınsöndürmə və təcili yardım briqadası cəlb olunub.

Yanğın zamanı yüngül xəsarət alan işçi xəstəxanaya çatdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
8
Mənbələr
Şərh ()
Bağla