AZ

"Növbəti mövsüm yüksək nəticələr uğrunda mübarizə aparacağıq" - Məlikov

Aprelin 22-də "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov və I Liqa təmsilçisi "Difai Ağsu"nun prezidenti Asəf Məlikov arasında görüş baş tutub. “Neftçi” və “Difai Ağsu” arasında gələcək əməkdaşlıqlar haqqında danışılıb və təcrübə mübadiləsi aparılıb.

Ağsu təmsilçisinin prezidenti Asəf Məlikov "FutbolPress"ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

"Hələ keçən mövsümdən başlayaraq Premyer Liqa çıxış edən komandalar - "Qarabağ" və "Turan Tovuz" rəhbərliyi ilə görüşlər keçirmişdik. Adıçəkilən komandalarla müəyyən məsələlərdə əməkdaşlıq barədə razılığa gəlmişdik. Bu mövsüm yenidən "Qarabağ" rəhbərliyi, əlavə olaraq da "Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudovla görüşdük. Bundan sonra bir neçə əlavə görüşlər də nəzərdə tutulub. Yekun nəticəyə vardıqdan sonra ətraflı məlumat verəcəyik".

Hazırda I Liqada 20 xalla 9-cu olan komandanın çıxışına münasibət bildirən klub prezidenti əsas məqsədlərinin döyüşkən komanda yaratmaq olduğunu bildirdi:

"Əsas istəyimiz və məqsədimiz döyüşkən komanda yaratmaqdır. İlin əvvəlində komandada olan bəzi çatışmazlıqları mövsümün gedişində aradan qaldırmağa nail olduq. Əks halda komandada irəliləyiş əldə edə bilməzdik. Bu mövsüm yaxşı təcrübə əldə etdik. Növbəti mövsüm yüksək nəticələr uğrunda mübarizə aparacağıq. İnstənilən idman növündə əsas prinsip qalib olmaqdır. Biz də bu prinsiplərlə yola çıxacağıq".

Məlik Məlikov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla