AZ

Onlar hələ də dünyanı özlərinin koloniyası hesab edirlər-Kazım Kazımov- ÖZƏL

"Cənab Prezident doğru vurğulamışdır ki, bəzi Avropa ölkələr həqiqətən də keçmiş müstəmləkə hisslərindən uzaqlaşmayıblar. Onlar hələ də dünyanı özlərinin koloniyası hesab edirlər".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Üç, dörd əsr əvvəl olduğu kimi birbaşa işğal deyil də fərqli-fərqli tərzlərdə, amma nəticə etibarilə heç də bir-birindən fərqli olmayan şəkildə dünyanı öz müstəmləkələri altına alsınlar. Lakin dünya artıq çox dəyişib. Birincisi, insanlar insan hüquq və azadlıqlarına, ölkələr artıq milli hiss və duyğularını çox ciddi şəkildə qazanıblar. Artıq insanların öz torpaqları, öz dövlətlərinə əsrlər öncə olduğundan daha çox aidiyyət hissi var. İnsanlar azadlıqlarına daha çox bağlıdırlar. Təəssüflər olsun ki, qədim təkəbbür hissləri ilə yaşayan Avropa hələ də bunu dərk etməyib. Cənab Prezidentin də vurğuladığı kimi Fransanı yada salmaq lazımdır. Fransa bu gün dünyanın bir çox nöqtəsində, məsələn Sakit Okeanda, Atlantik Okeanda, Latın Amerikasına yaxın adalara hökm edir. Nəyə görə? Yeni Kaledoniyanın Fransayla nə bağı var axı?! Axı İkinci Dünya müharibəsindən sonra dünyada kolonializmin sona çatdığını iddia edirlər. Sona çatıbdırsa, nəyə görə bu gün o adada yaşayan insanlara hələ də müstəmləkə ərazisiymiş kimi davranılır, azadlıqları verilmir? Bu gün Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, antikolonializm siyasəti əslində, Fransanın və digər Avropa ölkələrinin neomüstəmləkəçilik siyasətinə qarşı yönəlmiş çox doğru bir addımdır deyə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla