AZ

Rusiyasız Ukrayna ilə bağlı hansı danışıq ola bilər?

“Rusiyasız Ukrayna ilə bağlı istənilən danışıqlar dinc dialoqa gətirib çıxarmayacaq”.

 

Sfera.az bildirir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Başa düşmürük ki, Rusiyanın iştirakı olmadan İsveçrədə konfransın keçirilməsi hansı ciddi gözləntilərlə müzakirə oluna bilər. Bu, mümkün deyil və açıq-aydın nəticələrə yönəlməyən bir təşəbbüsdür. Danışıqlarla bağlı mövqeyimiz məlumdur - ardıcıl və şəffaf olmalıdır”, - Dmitri Peskov bildirib.

 

Xatırladaq ki, İsveçrədəki konfrans 15, 16 iyun tarixlərində baş tutacaq. Ölkə Rusiyanı dəvət etməyib.

 

Günay

 

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla