AZ

Dünyanın ən yaşlı adamı: UZUN YAŞAMAQ ÜÇÜN..

1912-ci ildə Liverpulda anadan olan Con Tinnisvud "ən yaşlı kişi" tituluna sahibdir. Tinniswood onun qədər yaşamaq istəyənlərə üç məsləhət verib.

UZUN YAŞAMAQ İSTƏYƏNLƏRƏ ÜÇ MƏSLƏHƏT

News24.az xəbər verir ki, dünya rekordçusunun ilk tövsiyəsi hər şeyi normada etməkdir.

BBC News-a danışan Tinniswood, "Çox içirsinizsə, çox yeyirsinizsə, çox gəzirsinizsə, hər şeyi çox etsəniz, nəticədə əziyyət çəkəcəksiniz. Sağlam bir həyat yaşamaq istəyirsinizsə, heç vaxt sisteminizi çox yükləməyin" deyib.

Xüsusi bir qidalanma modelinə əməl etmədiyini bildirən Tinniswood, "Burada hər kəs kimi mən də mənə nə verilirsə onu yeyirəm" deyə əlavə edib. 

Tinniswood siqaret çəkmədiyini və nadir hallarda içki içdiyini də vurğulayıb. Bu vərdişlərin hər ikisi sağlam olmaq üçün vacibdir.

NƏ ETSƏNİZ, ƏN YAXŞISINI ETMƏYƏ ÇALIŞIN

Tinniswood, "üfüqlərinizi genişləndirməyin" də vacib olduğunu ifadə edərək, "Ömrünüz boyu eyni şeydə ilişib qalmayın, əks halda yolunuz daralacaq" deyib.

Eyni zamanda, Tinniswood, insanın nə edirsə etsin, əlindən gələni etməyə çalışması lazım olduğunu vurğulayaraq, "Bir şey öyrənsən və ya bir şey öyrətsən də, ona hər şeyini ver. Əks halda, bu zəhmətə dəyməz".

Tinniswoodun xəbərdarlıqlarını uzunömürlülük, müsbət düşüncə və həyatda məqsəd sahibi olmaq arasında əlaqə olduğunu göstərən araşdırmalarla dəstəkləmək mümkündür.

Tinniswood, son nəticədə ona bu qədər uzun müddət sağ qalmasına imkan verən şans olduğunu söyləyib və əlavə edib: "Bəziləri çox yaşayır, bəziləri qısa yaşayır; bu barədə edə biləcəyiniz çox şey yoxdur".

Günel Məlikzadə


Seçilən
28
Mənbələr
Şərh ()
Bağla