AZ

Mətanət Əsgərqızıdan növbəti saxtakarlıq — İctimai Şuranın üzvü deyilmiş…

Son vaxtlar dövlət qurumları yanındakı İctimai Şuralarla əlaqədar müzakirələr səngimir. Bir sıra QHT sədrlərinin vaxtilə bu Şuralara müxtəlif şantaj üsulları ilə düşdüyü, indi bu qurumların İctimai Şuralarının cəmiyyətdəki nüfuzunu zərbə altına qoyduğu, İctimai Şura üzvlüyü vəsiqələrindən sui-istifadə edərək ayrı-ayrı vəzifəli şəxsləri hədələdiyi, bu statusdan fürsət düşən hər yerdə imtiyaz, raketçilik üçün istifadə etdiyi barədə məlumatlar vardır.  

Bu şəxslərdən biri kimi, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının adı çəkilir. O, özünü həm də “Azərsu” yanında İctimai Şuranın üzvü kimi təqdim edir. Obrazlı ifadə etsək, su və kanalizasiya idarələri bu şəxsin əlindən beziblər. 

Məsələni aydınlaşdırmaq üçün “Azərsu” yanında İctimai Şuraya müraciət etdik.  Məlum oldu ki, “Azərsu” yanında İctimai Şura üzvlərinin səlahiyyət müddəti çoxdan ötüb və yeni seçki olmayıb. Ona görə də Mətanət Əsgərqızının saxtakarlıq edərək, özünü hələ də bu Şuranın üzvü kimi təqdim etməsi qanunsuzdur.

Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumata görə, Mətanət Əsgərqızı müxtəlif vəzifəli şəxslərə özünü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının da üzvü kimi təqdim edir. 

Komitə ilə bu məlumatı da dəqiqləşdirməyə çalışırıq.


Vaqif Hüseynli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla