AZ

Milli Məclisdə Mərakeş Parlamentinin komitə sədri ilə görüş olub



Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 2-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının Təhsil, mədəni və sosial işlər komitəsinin sədri Abdelrahman Drissi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, qonağı salamlayan Fəzail İbrahimli onun VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirib. Vitse-spiker cənab Prezident İlham Əliyevin forumda etdiyi çıxışındakı fikirlərin regional və qlobal təhlükəsizlik üçün aktuallığını vurğulayıb, forum çərçivəsində keçirilən müzakirələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Vitse-spiker qonaqlara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi qərb dairələrinin haqsız təzyiqləri ilə üzləşməsindən söz açıb, regionda təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıb.

Söhbətdə qonaq Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığa verdiyi töhfələri yüksək dəyərləndirib, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüşdə iştirak edən Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Azərbaycan və Mərakeş arasında münasibətlər barədə fikirlərini açıqlayıb.

Tədbirdə Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla