AZ

Putinin andiçmə mərasimində HHM vasitələrindən də istifadə ediləcək

Rusiya hakimiyyəti prezident Vladimir Putinin mayın 7-də keçiriləcək andiçmə mərasimi öncəsi təhlükəsizlik tədbirlərini gücləndirəcək.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, bunun üçün Moskvada əlavə hava hücumundan müdafiə sistemlərinin quraşdırılması, dronların qarşısının alınması üçün paytaxtın mərkəzində isə ağır yüklü elektron müharibə sistemlərinin quraşdırılması planlaşdırılır.

Həmçinin, polisə xüsusi magistralların və insanların sıx toplaşdığı yerlərin yaxınlığında yerləşən bütün yaşayış binalarını “işləmək” tapşırılıb. Nəqliyyat infrastrukturunun əməkdaşları da öz növbəsində açılış ərəfəsində gücləndirilmiş işlərlə bağlı məlumatlandırılıblar.

Eyni zamanda, “Vaqner”in üzvlərinə kuratorlar vasitəsilə tapşırılıb ki, mayın 7-də evlərini tərk etməsinlər. Onlara ictimai yerlərdə, o cümlədən böyük kompaniyalarda kamuflyajda, şevronlarla və mükafatlarla görünmək qəti qadağan edilib.

İnauqurasiya günü Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri və konstitusiya hakimləri əvvəllər istifadə edilən eyni sxem üzrə avtobuslarla qruplar halında Kreml Sarayına aparılmalıdırlar.

Mənbələr bildirirlər ki, əsas intriqa xarici fəxri qonaqların siyahısı ilə bağlıdır. Belə ki, siyahı getdikcə kiçilir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla