AZ

Peskov Putinin Çindəki danışıqlarının əsas mövzularını açıqladı

Rusiya prezidenti Vladimir Putinin Çinə gözlənilən səfəri zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri qaldırılacaq.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiya liderinin Çinə səfərinin gündəliyinə ABŞ-ın Asiya-Sakit okean regionunda fəaliyyəti fonunda silahlara nəzarət mövzusunun daxil olub-olmaması ilə bağlı sualı belə şərh edib.

“Bu və ya digər şəkildə həm beynəlxalq təhlükəsizlik, həm də regional təhlükəsizlik məsələləri qeyd olunacaq və onlara toxunulacaq”, – Peskov bildirib.

Kreml sözçüsü qeyd edib ki, Putinin Çinə səfərinə hazırlıq son mərhələdədir. O qeyd edib ki, Moskva ilə Pekin arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı gündəmdə ümumi maraq doğuran və əməkdaşlığın geniş spektrini əhatə edən bir çox məsələlər var.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla