AZ

Əməkdaşlıq CAREC-AİB regionunda ticari fəaliyyətin karbon izini azalda bilər

Tbilisi. Trend:

Mərkəzi Asiyada və qonşu ölkələrdə sıx əməkdaşlıq və ticarətsiyasətində islahatlar ticari fəaliyyətin və istehsal-satışzəncirinin - dünyanın istehsal baxımından ən enerji tutumluistehsal bölgələrindən birində artan emissiya mənbələrinin karbonizini azalda bilər.

Trend xəbərverir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) 57-ci illiktoplantısında bankın rəsmi nümayəndələri bildirib.

"AİB tərəfindən dəstəklənən Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq Proqramı (CAREC) çərçivəsində siyasət və standartlarınuyğunlaşdırılması təchizat zəncirlərini daha az karbon tutumlu vədaha dayanıqlı etməklə yanaşı, ticarət həcmini artırmağa kömək edəbilər", - AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru YevgeniJukov

Ticari fəaliyyət mühüm iqtisadi artıma və inkişafa töhfə versədə, karbon emissiyalarının artmasına da səbəb olub. ÜmumdünyaTicarət Təşkilatının məlumatına görə, karbon qazının qlobalemissiyalarının təqribən 20-30 faizi ticarət və təchizat zəncirləriilə əlaqəlidir.

CAREC ölkələrinin əksəriyyəti elektrik enerjisi, kimya vədağ-mədən sənayesi kimi emissiyaların intensiv olduğu sektorlardaixtisaslaşıb. Bu, CAREC regionunda əlavə dəyər istehsalında karbondioksid emissiyalarının payının dünyada ən yüksək göstəricilərdənbiri olması ilə nəticələnir.

Enerji keçidində (külək turbinlərindən elektromobil vəakkumulyatorlara qədər) mühüm rol oynayan nəhəng mineralehtiyatlarına malik olan CAREC ölkələri qazıntı yanacaqlardanenerji keçidi nəticəsində yaranan imkanlara keçid üçün potensialamalikdir.

CAREC ölkələrinin müəssisələri və istehsalçılarının artanekoloji standartlar və karbon tullantılarına qiymətqoyma siyasətifonunda yaşıl standartların hazırlanmasına regional yanaşmasıolmalıdır.

Koordinasiya regional dekarbonizasiya və karbon tullantılarınaqiymətqoyma siyasəti regional resurslardan səmərəli istifadəyə,iqtisadi inteqrasiyanın artmasına, "karbon sızması"nın azalmasınavə texnologiyaların ötürülməsində artıma səbəb ola bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla