AZ

Azərbaycan avarçəkəni qızıl medal qazandı - “Prezident Kuboku 2024”də

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançı bir nəfərlik kayakla 500 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.

O, 2008-2009-cü il təvəllüdlü atletlərin mübarizəsində fərqlənib.

Turnir mayın 3-də başa çatacaq. Reqatanın ilk günündə Suqovuşanda kayakda 200 metr məsafədə digər təmsilçimiz Amil Ramazanov (2006-2007-ci il) 3-cü olub.

Seçilən
76
6
Mənbələr
Şərh ()
Bağla