AZ

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 364 nəfər tutulub

Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 364 nəfər tutulub, 2 264 nəfər isə sərhədi keçmədən qarşısı alınıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yazılıb.

Bununla da, 2024-cü ilin əvvəlindən bu günə qədər sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən tutulanların sayı 3133-ə çatıb. Sərhədi keçmədən tutulanların sayı isə 50 min 860-a çatıb.

Şəbnəm Mehdizadə

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla