AZ

Qırğızıstanda yük maşını 29 uşağı vurub

Qırğızıstanın cənubunda, Cəlal-Abad vilayətinin Suzak rayonunda sürücüsüz mini yük maşını tətildə olan 29 uşağın üzərinə çırpılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

Toqquşma nəticəsində 29 uşaq xəsarət alıb. Hazırda onlardan üçünün vəziyyəti ağırdır. Park edilmiş avtomobilin qəfil hərəkətə keçərək aşağı yuvarlanaraq uşaqları vurduğu açıqlanıb.

Qurbanlar festivalda Qırğız milli dastanı “Manas”ı oxumağa hazırlaşırdılar. Bildirilib ki, yük maşınının sükanı arxasında sürücü olmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla