AZ

Bölgə ölkələrinin birində qeyri-sabitlik digər bölgə ölkələrinə də təsir edən amildir-Oqtay Qasımov- ÖZƏL

"Gürcüstanda baş verən hadisələr əlbət ki, bölgə üçün heç də yaxşı hal sayılmır. Belə ki, Güney Qafqazda hal-hazırda Gürcüstanda daxili siyasi vəziyyət məlum qanun layihəsinin qəbulu ilə bağlı gərginləşib. Ölkədə ciddi qarşıdurma var". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Əsas problemlərdən biri bu etiraz aksiyalarının əsas dəstəkçisi və müxalifətin faktiki rəhbəri funksiyasını Gürcüstan Prezidenti öz üzərinə götürüb və bu məsələ ilə bağlı hökumətlə Prezident arasında ciddi fikir ayrılıqları var. Bu da Gürcüstan üçün müəyyən riskləri özü ilə gətirir. Bölgə ölkələrinin birində qeyri-sabitlik digər bölgə ölkələrinə də təsir edən amildir. O baxımdan burada bölgəni qarışdırmaq, öz maraqlarını həyata keçirmək istəyən qüvvələrin fəaliyyətləri ortadadır. Qərb tərəfdən dəstəklənən müxalifətlə hakimiyyət arasındakı bu mübarizə eyni zamanda, payızda keçiriləcək parlament seçkilərinə hesablanıb. Bununla bağlı gərginlik də artmaqdadır. Amma hələlik Gürcüstan hakimiyyəti proseslərə nəzarət edə bilir. Bu proseslər hansı istiqamətdə davam edəcək, nəticələr necə olacaq, onu söyləmək əlbət ki, indi çox çətindir. Çünki proqnoz vermək də çətindir. Bir daha qeyd etmək istəyirəm, Gürcüstan cəmiyyətində bu qanunun əleyhdarları çoxdur. Ən önəmlisi də problemin əsas kökü odur ki, bu proseslərin faktiki olaraq qeyri-rəsmi lideri Gürcüstan Prezidentidir.
Təbii ki, Gürcüstan və digər ölkələr belə qərar qəbul etməklə özünün milli təhlükəsizliyini qorumağa çalışır və kənardan maliyyələşdirilmənin şəffaflığın istəyir. Bu da Qərbin maraqlarına cavab vermir. Bu baxımdan da Qərbin məsələlərə münasibəti də fərqlidir. Belə bir qərarın qəbul olunması ölkələrin öz daxili işidir. Eyni zamanda, həm də daxili təhlükəsizliyin təmin olunması ilə bağlı addımlar kimi də dəyərləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla