AZ

COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq birliyin Azərbaycana olan etimadının göstəricisidir - ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı həm COP 29, həm Qoşulma Hərəkatı, həm də iqlim dəyişiklikləri ilə bağlı məsələlərə toxunması, bundan xəbər verir ki, Azərbaycan artıq qlobal proseslərin içərisindədir və baş verən hadisələrin əsas iştirakçılardan biri hesab edilir".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Əslində Azərbaycanın həm COP29, həm Qoşulmama Hərəkatı, həm də iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunması həm də ondan xəbər verir ki, Azərbaycan beynəlxalq proseslərin iştirakçısı olmaqla yanaşı, onlara yön verməyə qadir olan dövlətlərdən biridir və bu artıq digər güc mərkəzlərini maraqlandırdığı kimi Azərbaycanı da maraqlandırır. Yəni bu proseslər önəmlidir. Xüsusilə COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq birliyin Azərbaycana olan etimadının göstəricisidir.
İqlim dəyişikliyi məsələsi artıq ümumbəşəri bir problemdir və onun qarşısının alınması yolları beynəlxalq birlik müzakirə edir. Düşünürəm ki, təkcə bundan kifayətlənmək olmaz. Həm də Qoşulmama Hərəkatında Azərbaycanın aktiv iştirakı, istər parlament şəbəkəsi yaratmaq, istər siyasi şəbəkəsini yaratması da Azərbaycanın aktivinə yazılan müsbət hallardan biridir.
Düşünürəm ki, cənab Prezidentin səsləndirdiyi bu tezislər hər biri ölkəmizin gələcəyi baxımından vacib əhəmiyyət daşıyan hadisədir və bu baxımdan düşünürəm ki, cənab Prezidentin toxunduğu məsələ VI Ümumdünya Mədəniyyət lərarası Dialoq Forumunun iştirakçıları üçün də maraq kəsb edən və əhəmiyyət kəsb eləyən məsələdir. İnanıram ki, Azərbaycan həm iqlim dəyişikliyi məsələlərində, həm Qoşulmama Hərəkatında, həm də COP29-da bir nümunə yaradacaq və yaradır da. Bunların hər birinin gələcəkdə özünün məntiqli nəticəsinin verəcəyini düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla