AZ

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

“Dünya Mərkəzi Bankları, Avropa Mərkəzi Banklarından fərqli olaraq Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin dəyişməsi nə inflyasiyaya, nə də kreditlərin faiz dərəcəsinə ciddi təsir göstərir”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli dünən Mərkəzi Bankın uçot dərəcələri ilə bağlı qərarını şərh edərkən deyib. 

 Xalid Kərimli bildirib ki, kommersiya banklarından götürdüyümüz kreditlərin faiz dərəcəsinə təsir olmadığına görə, bu qərarın bazardakı proseslərədə təsiri az olacaq:

“Sadəcə inflyasiya aşağı düşdüyünə görə Mərkəzi Bank da faiz dərəcələrini aşağı dartır ki, bankların cəlb elədiyi banklar arası bazardakı xərcləri aşağı düşsün”. 

Həmsöhbətimiz əlavə edib ki, Mərkəzi Bank keçən ilin ikinci yarısından faiz dərəcələrini azalda-azalda gedir, amma müşahidə etsək görərik ki, depozitlərin faiz dərəcəsi artır:

“ Bu da artdığına görə kreditlərin də faiz dərəcəsi artır. Bu yumşalma, faiz dərəcələrinin aşağı salınması əksinə təsir etməli olsa da biz bunu görmürük”. 

Faiz dərəcələrinin qiymətlərə də təsiri haqqında danışan Xalid Kərimli bildirib ki, heç bir qiymət artımı və ucuzlaşması baş verməyəcək:

“Demək olar ki, real sektorda kommersiya bankların kreditinə bu qərarın təsiri əhəmiyyətsizdir. 

Qərarın tək müsbət cəhəti odur ki, Mərkəzi Bank bu il üçün inflyasiya gözləntilərini aşağı saldı. Dekabrda verdiyi proqnozu 5.5 faiz gözləyirdi, amma may ayının 1-də verdiyi proqnozla bu ilə  3.5 faiz ətrafında inflyasiya gözləyir”. 

Qeyd edək ki, dünən Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlayıb.

Davud
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla